Təhlükəsizlik kilidləri

Təhlükəsiz kilidlər
Təhlükəsiz kilidlər

Yüksək təhlükəsizlik və seyf kilidləri

Təhlükəsiz kilid məhsulları ilə Kaba şirkəti, bu sahədə dünyanın qabaqcıl istehsalçısı olaraq yüksək təhlükəsizlik və seyf kilidləri bazarında xidmət göstərir. Kaba, bazarın ucuz, orta və yüksək qiymət seqmentinə yönəlmiş Mas və La Gard markalı məhsullarını təklif edir.

Məhsul silsiləsi, hökümət və ya biznes binaları üçün nəzərdə tutulan elektron yüksək təhlükəsizlik kilidlərdən başlayaraq ATM bankomatların kilidləri və transit həmçinin yük maşınları ilə nəql olunan malların əmniyyətini təmin edən məhsulları əhatə edir.

Məhsul çeşidini seyf və seyf otaqları həmçinin müxtəlif korpus və konteynləri üçün nəzərdə tutulan mexaniki və elektron kilidlər tamamlayır.

Yüksək standardlara uyğun

Yüksək təhlükəsizlik sahəsində işlədilən texnika və keyfiyyətə qoyulan tələbləri yerinə yetirmək xüsusilə çətindir. Kaba, bu bazarda qabaqcıl istehsalçı olaraq ABŞ´da təsnifləşdirilmiş məlumatların qorunması üzrə yüksək təhlükəsizlik standardlarına uyğun olan konteyner kilidlərin istehsalı üçün hökümət sertifikatına sahibdir. Avropada bu məhsullar, həmin standardlarla müqayisəli olan VDS standardının şərtlərini yerinə yetirir. Bankomat sahəsində Kaba, Cencon kilidləri sənayə standardını təşkil edir.