Kerberos: Təhlükəsizlik və ictimai sahələri üçün turniketlər

Tripod turnstiles
Tripod turnstiles

Turniketlər qəbul personalının işini rahatlaşdırmaq məqsədilə ofis və inzibati binalarda, sənayə müəssisələrində, banklarda, idarələrdə və bir çox digər obyektlərdə giriş kontrolunu üzərinə götürür. Tez və uzunmüddətli işləyən turniketlər olduqça sadə bir şəkildə idarə olunur. Özünü bir çox layihələrdə sübut etmiş idarə etmə blokumuz insan axınını, yüksək axın olduğu hallarda bilə rahat idarə edir. Kerberos turniketləri bütün kart oxuyucu tiplərinə uyğun gəlir və altı model variantında əldə edilə bilər.

Kerberos turniketlərin xüsusiyyətləri

Fövqəladə hallarda giriş və çıxış istiqamətində qatlanan qol təklif edən turniket modelləri, evakuasiya marşrutlarında istifadə edilə bilər. Təhlükəli vəziyyət keçdikdən sonra qatlanan qol patentləşdirilmiş üsul ilə avtomatik olaraq əsas vəziyyətə qayıdır. Bu, səlahiyyətli şəxs tərəfindən verilən siqnal vasitəsilə baş tutur.

Kerberos turniketlərin üstünlükləri

  • Əsas vəziyyətə avtomatık olaraq qayıda bilən qatlanan qol
  • Turniket fövqəladə hallarda kütlənin gücü ilə açılır. Bununla insanlar əzilməkdən xilas olunur
  • Turniketin çox funksionallığı, tez işləməsi və az yer tutması
  • Turniketdən rahat keçmək imkanı
  • Turniketin möhkəm və təmizlənməsi rahat olan paslanmaz metaldan hazırlanması
  • Turniketin açıq havada istifadə etmək imkanı
  • Turniketin hazır döşəmədə montaj olunması, yarımçıq döşəmədə montaj imkanı
  • Mühərrik sayəsində uzunmüddətli istifadə