Argus: Təhlükəsizlik və ictimai sahələri üçün HSB + HSG sensorlu keçid sistemləri

Speed gates for security and public areas
Speed gates for security and public areas

İki istehsalat xətti

Argus məhsul ailəsinə, müxtəlif avtomatik qapı elementləri ilə birqə sensorlar tərəfindən nəzarət olunan keçid sistemləri daxildir. Bu sistemlər, çanta və ya bagaj ilə komfortlu, təmassız keçidi təmin edir. Keçiddən bilavasitə sonra səlahiyyətsiz girişin qarşısını almaq üçün qapılar dərhal bağlanır. Qapı qanadların bağlanış tərzinə görə HSB və ya HSG məhsul qrupundan sistemlər seçilə bilər.

Argus HSB sensorlu keçid sistemi (Half-height Sensor Barriers)

Özünü sübut etmiş HSB sensorlu keçid sistemi yellənən qapı qanadları ilə təchiz olunur. Bu sistemlər material və üst səthin strukturasının müxtəlif növləri sayəsində individual dizayna imkan yaradır. Giriş sahəsinin stilinə uyğun olaraq paslanmaz metaldan hazırlanmış korpus və ya şəffaf şüşə yan divarları seçə bilərsiniz. Bundan başqa, sensorların müvafiq təhlükəsizlik səviyyəsini təmin etməsini nəzərə alaraq avadanlıq iki müxtəlif uzunluqda istehsal oluna bilər.

Argus HSG sensorlu keçid sistemi (Half-height Sensor Gates)

HSG sensorlu keçid sisteminin müxtəlif hündürlükdə olan sürüşən qapı qanadları var.

Keçid sisteminin özünəməxsus xüsusiyyətləri yüksək keyfiyyətli sensorlar və möhkəm paslanmaz metal korpusudur. Keçid zamanı sürüşən qapı qanadları tez bir şəkildə korpusun içərisinə hərəkət edir – bununla avadanlığın yüksək buraxılış qabiliyyəti təmin olunur.

Xüsusi eni və ya uyğun dizaynı olan HSB və ya HSG keçid sistemləri ilə əlil insanların keçidini də təmin etmək olar.

İki uzunluq ölçüsü, iki təhlükəsizlik səviyyəsi

  • Təhlükəsizlik səviyyəsi 1: Hər iki istiqamətdə tək keçidə əsas nəzarəti təmin etmək üçün yığcam uzunluqda olan sensorların təməl versiyası
  • Təhlükəsizlik səviyyəsi 2: Hər iki istiqamətdə tək keçidə əlavə nəzarəti təmin etmək üçün optimal uzunluqda olan sensorların genişləndirilmiş versiyası. Uşaqlar və ya çanta/bagaj ilə keçid mümkündür.

Keçid sisteminin üstünlükləri

  • Keçid sistemindən çanta və ya çamadan ilə komfortlu keçid imkanı
  • Qapı qanadları ilə təmasın olmaması
  • Keçən insanların təhlükəsizliyini təmin edərək yüksək buraxılış qabiliyyəti
  • Müxtəlif təhlükəsizlik səviyyələri
  • Variantların çeşidliyi
  • Keçid sistemlərin istifadəçilər tərəfindən çox rahat qəbul edilməsi
  • Əsas və əlavə hissələrdən ibarət olan keçid sisteminin modullu konstruksiyası

Tətbiq olunan sahələr

  • Ofis və inzibati binalar
  • Nazirliklər, hökümət binaları
  • Banklar, maliyyə institutları
  • Hava limanları
  • Sənayə müəssisələri
  • Məktəblər və universitetlər