Geryon security revolving doors
Geryon security revolving doors

Geryon təhlükəsizlik dönər qapıları binanın mühafizə olunan sahələrini səlahiyyətsiz girişdən qoruyur və funksiyaların çeşidliliyi sayəsində müxtəlif təhlükəsizlik səviyyələrini təklif edir. Bu qapılar, keçid sahəsinə nəzarət etmək üçün sensorlarla təchiz olunub və giriş kart oxuyucuları, düymə, pult və ya biometrik eyniləşdirmə sistemləri vasitəsilə idarə oluna bilər.

Xüsusi sürüşən qanadlar ilə təchiz olunmuş Eİ-30 yanğına qarşı qapı ilə oğrunun içəriyə daxil olmasının qarşısını alan, qülləyə davamlı olan gücləndirilmiş qapı konstruksiyası əlavə funksiya müxtəliflyini tamamlayır.

Geryon məhsul ailəsinə həm də orta təhlükəsizlik tələblərini yerinə yetirən STS təhlükəsizlik dönər qapısı aiddir. Əlil insanların maneəsiz girişinə yan birtaylı qapı və ya sürüşən qapılar vasitəsilə imkan yaradılır.

Geryon təhlükəsizlik dönər qapıların xüsusiyyətləri

Ehtiyat çıxış yollarında sınaqdan keçirilmiş, qanadları yığılan T-56 dönər qapı sütunu fövqəladə hallarda səlahiyyətsiz girişin qarşısını alaraq bu qapı sisteminin ehtiyyat və evakuasiya yolunda maneəsiz istifadəsinə şərait yaradır.

Patentləşdirilmiş xüsusi kilidləmə sistemi sayəsində elektrik enerjisinin kəsildiyi və ya səlahiyyətsiz girişə cəhd göstərildiyi halda keçən insanın qapının içində qalması və ya qapıdan icazəsiz keçməsi istisna olunur.

Geryon təhlükəsizlik dönər qapıların üstünlükləri

  • Fövqəladə hallarda ehtiyat çıxış yollarında istifadə oluna bilən qapı sütunu
  • Patentləşdirilmiş xüsusi kilidləmə sistemi sayəsində insanın qapının içində qalması istisna olunur
  • Qapının DIN V ENV 1627 normasına görə 2ci müqavimət sinifinin tələblərinə uyğun hazırlanması
  • Mühərrikin yerdə quraşdırılması və tam şüşədən hazırlanan qapı sistemi
  • Çəki məhdudiyyətini və ya faktiki çəkini yoxlayan tərəzinin dönər qapısının içinə quraşdırılması
  • Gecə cəftələri

Geryon təhlükəsizlik dönər qapılarının tətbiq olunduğu sahələr

  • Inzibati və sənayə binaların, idarələrin, nazirliklərin yüksək təhlükəsizlik sahələri
  • Bank və maliyyə institutları
  • Hesablama və tədqiqat mərkəzləri
  • Havalımanında işçi heyətinin giriş sahələri
  • Elektrik stansiyaları
  • Hərbi hissələr