Revolving doors
Revolving doors

Talos dönər qapıları, binanın fasadına termik üsulla quraşdırılmasına görə giriş sahəsində isti və soyuq hava axınının birbirindən optimal bir şəkildə ayrılmasını təmin edir. Müştərilərin tələblərinə uyğun olaraq dönər qapıları müxtəlif funksiyalar ilə təklif oluna bilər: ehtiyyat çıxış yollarında istifadə üçün nəzərdə tutulan əlavə funksiyonal modul, mexaniki üsulla və ya mühərriklə hərəkət edə bilən gecə cəftələri vs. Talos dönər qapılarını müxtəlif qorunma siniflərinə görə (məsələn oğurluğa, yanğına qarşı) müvafiq komponentlər ilə təchiz etmək olar. Əlil insanların maneəsiz girişinə yan tərəfdə guraşdırılan yəllənən birtaylı qapı və ya sürüşən qapılar imkan yaradır.

Talos Dönər qapıların xüsusiyyəti

Xüsusi təcrübədən keçirilmiş, qanadları yığılan T-56 dönər qapı sütunu fövgəladə hallarda maneəsiz ehtiyyat çıxış yollarında istifadə oluna bilər.

Talos dönər qapıların üstünlükləri

  • Hava axınlarının birbirindən optimal ayrılması
  • Individual dizayn
  • Eleqant və şəffaf dizayna malik olan tam şüşədən hazırlanmış qapı
  • Ehtiyyat çıxış yollarında istifadə üçün uyğun olan çözümlər
  • Havalimanları, alış-veriş mərkəzləri üçün böyük ölçülü dönər qapılar vs.
  • Dönər qapılarının qanadlarının yığılması funksiyası

Talos dönər qapıların tətbiq olunduğu sahələr

  • Hotellər
  • Ofis və inzibati binaları
  • Alış-veriş mərkəzləri
  • Havalimanları, vaqzallar
  • Banklar və maliyyə institutları
  • Muzeylər, konsert zalları