Kaba exos - giriş kartlarının səmərəli idarə edilməsi

Ümumi Məlumat

Access Control - Badge Management
Access Control - Badge Management

Giriş kartlarının rahat bir şəkildə proqramlaşdırılması və tərtib olunması

Giriş kartlarının çıxarılması üzrə bütün addımların böyük hissəsi avtomatlaşdırıla bilər, o cümlədən kartın səthinin şəkili tərtibatı və kartın çap olunması. Bu, əhəmiyyətli dərəcədə səy və vaxt sərfini azaldır, çünki əməkdaş haqda məlumatlar bir başa giriş kontrol məlumat bazasından götürülə bilər və bu məlumatları sistemə yenidən daxil etməyə ehtiyac qalmır.

İtirilmiş, əvəz edilmiş və dövriyyədən çıxarılmış giriş kartlar ilə əlaqədar problemlərin bir düyməyə basmaqla həll olunması

Kaba exos proqramı, hər hansı bir müddətə verilmiş ehtiyyat kartlarını bir duyməyə basmaqla proqramlaşdıra bilər. Bununla, dövriyyədən çıxarılmış və ya unudulmuş kartlarla ilə bağlı ortaya çıxan təhlükəsizlik boşluqların riski azalır.

Kaba exos proqramı, əməkdaşın şirkətdə çalışdığı müddətdə istifadə etdiyi ehtiyyat kartlarının tarixçəsini qeyd edərək onun təhlükəsizlik statusu, giriş-çıxış və giriş hüquqları haqda məlumatları təqdim edir.

Sənədlər