CardLink - əməliyyat xərclərinə qənaət edərək yüksək səviyyəli təhlükəsizlik

Ümumi Məlumat

Access Control - CardLink
Access Control - CardLink

Tipik giriş kontrol sistemi kütlü miqdarada online rejimində birbirinə bağlı olan və müstəqil şəkildə işləyən qapılardan ibarətdir. Müstəqil olan qapılarda kabel xərcləri azdır, lakin istifadəçinin işi çoxalır, yəni istifadəçi öz giriş hüquqlarını yeniləmək və ya nəticə protokolunu oxumaq üçün şəxsən hər bir qapıya yaxınlaşmalıdır.

Card Link sistemi prosesi sadələşdirilərəq bu problemi çözür. Giriş hüquqlarını hər bir qapıda mexaniki usulla yeniləmək yerinə onların istifadəçi kartı və ya vəsiqələrin köməyi ilə avtomatik olaraq yenillənməsinə nail olmaq olar. İstifadəçi öz giriş səlahiyyətini işçi heyəti girişlərində, lift sahəsində və ya yeməkxana kimi mərkəzi yerdə quraşdırılmış məlumatların yeniləmə terminallarında ala bilər. Bu proses sayəsində əməliyyat xərclərinə qənaət edilir.

İtirilmiş və ya oğurlanmış vəsiqələrinin təhlükəsizlik riskini azaldmaq üçün giriş hüququ bəlli vaxt üçün verilə bilər, məsələn ziyarətçilər üçün - iki saatlıq, işçilər üçün isə - səkkiz saatlıq giriş təşkil oluna bilər. Əlavə olaraq vəsiqələr girişdə avtomatik olaraq etibarlılıq möhürü alırlar. Bu möhür çıxışda geri alınır.

Xüsusiyyətlər

  • Giriş kontrol sistemi onlayn rejimində istifadə olunan və onlayn rejiminə daxil olmayan qapıları idarə edir
  • Şəxsiyyət haqda olan bilgilər və giriş hüquqları bir dəfə sistemə daxil olunur, hər bir qapı açıb bağlananda deyil
  • Giriş hüquqları, onları gələcəkdə lazım olan vaxtda çağırmaq mümkün olsun diyə yadda saxlanılır.
  • İstifadəsi çox rahatdır, çünki ayrı qapılara aid fərdi giriş hüquqları müvaffiq vasitələrdə bir başa yadda saxlanılır.
  • Qapılar bir birinə kabel ilə bağlanılmır, çünki giriş hüququ giriş kartın üzərində yadda saxlanılır.
  • Giriş hüquqların vaxtı məhduddur. Qapılar sadəcə bəlli vaxt üçün verilmiş giriş icazəsi təqdim olunan giriş vəsiqələrində qeyd olunduqda açılır.

Tətbiq olunan sahələr

CardLink aşağıdakı hallarda tətbiq olunur:

  • Yüksək təhlükəsizlik tələbləri olan onlayn rejimində işləyən və onlayn rejiminə daxil olmayan qapı sayının çox olduğu halda
  • Kiçik sistemin vaxt ilə genişlənəcəği məlum olduğu halda, məsələn şirkətin və ya təşkilatın inkişaf etidiyi və otaq funksiyalarının mütəmadi olaraq dəyişdiyi halda
  • Müxtəlif təhlükəsizlik səviyəsini ehtiyacı olan bir çox istifadəçi qrupunun mövcud olduğu halda
  • Ziyarətçi, podratçı vs. üçün müvəqqəti giriş tez-tez tələb olunduğu halda