Kaba exos - mexaniki açarların itirilməsində minimal risk

Ümumi Məlumat

Access control - Key depot control
Access control - Key depot control

Açarların itməsi və oğurlanması təşkilatların əsas problemlərindən biridir, xüsusən podratçı, təminatçı və ya təmizləmə işlərini aparan şirkətlərinin müşayiətsiz girişə ehtiyacı olduğu zaman. Açarların idarəsi ilə əlaqədar xərclər çox tez arta bilər. Burada, açar itkilərinin sayını azaldmaq və səmərəliliyi artırmaq məqsədilə istifadə olunan avtomatlaşdırılmış intellektual açar deposu özünü doğrultmuş bir çözüm kimi çıxış edir. Beləliklə açarların, icazəsi olmayan şəxslər tərəfindən istifadəsinin qarşısı alınır. Depo açarları sadəcə səlahiyyəti olan şəxslərə buraya quraşdırılmış oxuyucuda müvafiq kartla həyata keçirilən qeydiyyatdan sonra verilir. Sistem, kimin, hansı açarın, nə vaxt götürdüyünü və onların nə vaxt təhvil verəcəyini qeyd edir.

Xüsusiyyətlər

  • Kaba exos mexaniki açarların gün və gecə ərzində verilməsini tənzimləyir.
  • Sistem, avtomatik olaraq açarların verilməsi və geri qaytarılmasını real vaxtda qeyd edir. Bununla belə, hər zaman izləyə bildiyiniz açarın bütün „tarixçəsi“ni əhatə edən sənədlər hazırlanır.
  • Kaba exos proqramı açar deposunda yerləşən mexaniki açarlara nəzarət edir və açarın vaxtında geri gaytarılmadığı zaman xəbərdarlıq edir.
  • Sizin, neçə açarın və kimdə dövriyyədə olduğu barədə hər zaman məlumatınız var.
  • Sistem Sizi açarlar ilə, məsələn mərkəzi sisteminizin bir hissəsi olan baş açar ilə təmin edir və bununla inzibati xərclərinizi azaldır.

Tətbiq olunan sahələr

Kaba açar deposunun aşağıdakı ehtiyacların ortaya çıxdığı zaman məsləhət görür:

  • Xüsusi sahələrin açarlarına nəzarət tələb olunursa
  • Müəyyən istifadəçilərin, məsələn təhlükəsizlik və ya təmizləmə işçi heyətinin iş vaxtı bitdikdən sonra yüksək nəzarət altında olan sahələrə daxil olması üçün açar tələb olunursa
  • Açarı əldə etmək üçün muvafiq icazə tələb olunursa, məsələn dərman dolabını açmaq üçün icazə
  • Ehtiyyat açarlarının alınması və ya təhvilini gecə və gündüz təmin etmək tələb olunursa, məsələn server və ya avadanlıq otaqları üçün

Sənədlər