Kaba exos - avtomobil dayanacaqların təhlükəsizliyi və səmərəliliyi

Ümumi Məlumat

Access Control - Parking management
Access Control - Parking management

Avtomobil dayanacaqları müasir iş aləmində çox vacibdir. Buna baxmayaraq, dayanacaqlar uzun müddət boş qaldığı və ya icazəsi olmayan ziyarətçi tərəfindən tutulduğu zaman bahalı və faydasız vasitəyə çevrilə bilər.

Kaba exos programının köməyi ilə Siz avtomobil dayanacaqlarını fərdi olaraq və vaxta görə idarə edə bilərsiniz ki, hər bir dayanacaq optimal bir şəkildə istifadə olunsun. VİP ziyarətçiləri, müştərilər, əməkdaşlar və digər istifadəçi qrupları tərəfindən istifadə üçün əvvəlcədən müəyyən olunmuş dayanacaqlar ayrılır. Siz xüsusi istifadəçi qrupunun istifadə edəcəyi dayanacağı və bunun üçün ödəniləcək tarifi təyin edə bilərsiniz. Bununla nəqliyyatda tıkaclar və zərərli qazların ətraf mühitə atılması azaldılır. Sürücülər, boş dayanacaq axtararaq maşınları ilə lazımsız hərəkət etmək məcburiyyətində olmayacaq.

Xüsusiyyətlər

  • Kaba exos proqramı sadəcə ümumi giriş izni olan və ya bəlli saatlar üçün giriş səlahiyyətinə sahib olan maşınlara dayanacağa daxil olmağa icazə verir. İcazəsi olmayan maşınların girişinin qarşısı alınır.
  • Bununla belə, bir birindən ayrı olan sahələri təmin edirsiniz və yol hərəkətini istədiyiniz kimi tənzimləyirsiniz.
  • Əməkdaşlarınız tərəfindən ziyarətçilər üçün avtomobil dayancaqlarının əvvəlcədən rezervasiya edilməsi işinizdə peşakar olduğunuz haqda təəsürat yaradır.
  • Kaba exos proqramının avtomobil dayanacaqları üzrə modulu rahat yerdə yerləşən və müəyyən istifadəçi qrupu üçün (məsələn VİP ziyarətçiləri vs) təyin olunmuş avtomobil dayancaqlarının boş qalmasını təmin edir.
  • Kaba exos avtomobil dayanacaqlarının optimal şəklində istifadəsinə imkan yaradır.

Tətbiq olunan sahələr

Kaba exos proqramının avtomobil dayanacaqları idarəetməsi üzrə modul öz dayanacaqlarına sahib olan təşkilatlar üçün daha uyğundur. Bu aşağı qiymətli, ekoloji cəhətdən təmiz ziyarətçi girişlərinin idarəetməsi və təhlükəsizlik çözümüdür.

Aşağıdakı sahələr xüsusən Kaba exos-un avtomobil dayanacaqları üzrə modulundan yararlanırlar:

  • Böyük şirkət qrupların və təşkilatların ofis binaları
  • Banklar və digər maliyyə institutları
  • Hökümət və inzibati binalar
  • Sənayə müəssisələri
  • Stadion və əğləncə kompleksləri
  • Xəstəxanalar
  • Hotellərin avtomobil dayanacaqları

Sənədlər