Kaba exos - tələblərinizə uyğunlaşdırılabilən çevik giriş kontrol sistemi

Ümumi Məlumat

Access Control - System features
Access Control - System features

Kaba exos sistemi çərçivəsində Sizə, xüsusi ehtiyaclarınıza rahat uyğunlaşdırılabilən, məsələn giriş səlahiyyətinin verilməsi ilə əməkdaş və ziyarətçi girişinin, avtomobil dayanacaq yerlərin, iş vaxtının idarə olunması vs. modulları əhatə edən intellektual modul çeşidliyi təklif olunur.

Bu proqram, şirkətinizdə mövcud olan informasiya texnoloqiyaları sistemlərinə uyğunlaşdırıla bilər. Kaba exos sistemi açıq və standard interfeyslərə sahibdir. Beləcə, məlumatların digər sistemlər ilə mübadiləsi sadə və səmərəli bir şəkildə həyata keçirilə bilər.

Kaba exos proqramı, uzunmüddətli istifadə üçün düşünülmüş və digər təhlükəsizlik sistemlərinə uyğunlaşdırımışdır. Bu o deməkdir ki, bu sistem gələcək ehtiyaclarınıza görə genişləndirilə və yaxud dəyişdirilə bilər. Bunula belə, bu sistem üçün yatırıdığınız sərmayə uzun müddət ərzində qorunub saxlanıla bilər.

Xüsusiyyətlər

  • Kaba exos çözümü, elektron və mexaniki açar komponentləri bir sistem içərisində idarə edir.
  • Kaba exos, Kaba ARİOS konsepti sayəsində yüksək təhlükəsizliyi təmin edir. Məsələn, bu intelektual sistem saxtalaşdırılmış kartları tanıyır, onları rədd edir və onlar haqda xəbər verir.
  • Kaba exos sistemi, istehsalat məlumatları idarəetmə və maaş hesablama proqramlarınıza tam olaraq inteqrasiya oluna bilər. Bununla Siz, informasiya texnoloqiyalarını genişləndirmək məqsədilə nəzərdə tutulan əlavə xərclərə qənaət etmiş olursunuz.
  • Kaba exos sistemi giriş kartlar ilə fəaliyyət göstərir və nəğdsiz ödənişləri, bank köçürmələri kimi çox funksional əməliyyatları dəstəkləyir.
  • Kaba exos sistemi, modullu quruluşa sahib olaraq ehtiyaclarınıza görə rahat bir şəkildə genişləndirilə bilər. Bu sistem şirkətiniz ilə bərabər inkişaf edir və dünyanın əsas dillərində istifadə oluna bilər.
  • İstifadəçilərin dəyişdiyi və ya yeni istifadəçilərin ortaya çıxdığı zaman, məsələn tikinti layihələrinin müxtəlif mərhələlərində, giriş hüquqları tədricən dəyişdirilərəq uyqunlaşdırıla bilər.
  • Sahib olduğunuz biznes mərkəzində çalışan icarədar şirkətlərin giriş hüquqları
  • Kaba exos sistemi çərçivəsində idarə oluna bilər. Bununla belə, hər bir icarədar öz giriş hüquqlarını müstəqil tənzimləyir.
  • Kaba exos sistemində yanğın söndürmə, video, siqnalizasiya və binanın idarə olunması sistemlərinə birləşmək üçün interfeyslər mövcuddur.
  • Sistem məlumatları hər giriş və ya çıxış həyata keçirildiyi zaman real vaxtda qeyd olunur. Beləliklə, Siz, hər hansı bir fövqəladə halda lazım olan məlumatlarla dərhal təmin olunursunuz.

Tətbiq olunan sahələr

Kaba Exos sistemi yüksək təhlükəsizlik, inzibati nizam-intizamlıq, çeviklilik və istifadəçi komfortun tələb olunduğu yerlərdə tətbiq olunur. Siz, Kaba exos proqramını aşağıdakı problemlərin ortaya çıxdığı zaman istifadə edə bilərsiniz:

  • Mexaniki açarların və kilidlərin deyişdirildiyi zaman yüksək xərclər ortaya çıxdığı halda
  • Həsas sənədlərin təhlükəsizliyi şübhə doğurduğu halda
  • Bahalı cihazların tez tez itməsi və ya oğurlanması halda
  • Əməkdaşların tez tez işdən çıxması haqda məlumatların əskik olduğu halda
  • Hesablana bilməyən ziyarətçi sayının tez tez dəyişdiyi və ya yüksək olduğu halda
  • Qeydiyyat lazımı qaydada planlaşdırıla bilmədiyi üçün ziyarətçilərin gözləmə vaxtının uzandığı halda
  • Müxtəlif istifadəçi qruplarının müxtəlif otaqlara daxil olduğu halda
  • Bir ərazidə yerləşən müxtəlif giriş sahələrinin, məsələn yüksək təhlükəsizlik, adi təhlükəsizlik və ya ictimai sahələrinin, mövcud olması
  • Tənzimləmək məqsədilə giriş-çıxışın qeyd olunmasına ehtiyac olduğu halda

Komponentlər

Zamanımızın tələblərinə cavab verən müasir online və offline komponentlərin çeşidi, sistemi xüsusi istəklərinizə uyğunlaşdırmaq imkanı təklif edərək təhlükəsizliyin optimal səviyyəsini təmin edir. Dizayn üzrə beynəlxalq mükafatlara layiq görülən komponentlərin geniş seçimi vardır:

Kart oxuyucuları

Girişdə quraşdırılan yüksək müasir texnoloqiyalar ilə işlənmiş üst qapağı parıldayan kart oxuyucuları. Bu oxuyucular qapının, şüşə, metal, beton kimi digər materialların üzərinə asan bir şəkildə montaj edilə bilər.

Digital silindirlər

Dəbli, kompakt və enerjiyə qənaət edən kilid sistemləri.

Çeşidli dizayn variantları hər bir qapı növü üçün çözüm təklif edir.

Elektron qapı tutacaqları

Bu qapı tutacaqları müasir və ya klasik dizaynda təchiz olunur. Sənayə malları arasında standarda çevrilən və hər bir qapı növünə uyğun olan tutacaqlar qapıya çox sadə bir şəkildə quraşdırılır.

Məlumatların yeniləmə terminalları

Bu terminallar, əməkdaşlara öz giriş hüquqlarının qeydiyyat və ya təhlükəsizlik şöbəsinə müraciət etmədən yeniləmək imkanı yaradan eleqant qörüntülü terminallardır.

Giriş kontrol cihazları

Bu cihazlar ictimaiyyətə açıq olmayan otaqlarda quraşdırılır və qapının hərəkətinə nəzarət edir.

Sənədlər