Kaba exos - icarəçinin öz təhlükəsizliyini müstəqil şəkildə idarə etməsi üçün vasitə

Ümumi Məlumat

Access Control - Tenant management
Access Control - Tenant management

Alış-veriş mərkəzlərində, biznes mərkəzlərində və böyük şirkətlərdə bir çox icarəçi şirkətlərin əməkdaşlarının girişini idarə etmək çox vaxt və güc aparır. Nə etmək lazımdır ki, onlar ümumi istifadə üçün nəzərdə tutulan sahələri, məsələn qeydiyyat və ya yeməkxanaya giriş almaqla yanaşı icarə etdiyi sahəsini müstəqil idarə etsinlər?

Kaba exos ideal bir çözümdür. Bu proqram, icarəçilərə giriş hüquqlarını mərkəzi sistemdə müstəqil idarə etməyə və eyni zamanda məlumatların işlənməsində suverenliyi tam olaraq qoruyub saxlamağa imkan yaradır.

Xüsusiyyətlər

  • Kaba exos proqramı müxtəlif yerlərdə və ya mərtəbələrdə yerləşən şirkətlərin təşkil olunmasına köməklik göstərir, belə ki, icarəçi öz sistemini ümumi sistem çərçivəsində rahat və müstəqil idarə edə bilər.
  • Hər bir icarəçi, online və offline rejimlərdə istifadə olunan qapılar, istifadəçi qrupları, giriş icazələri, vaxtı qeyd edən funksiyaların kombinasiyasına yönəlik müxtəlif konfiqurasiyaya sahib ola bilər.
  • Sistem yalnız bir dəfə qurulur. Bu, ayrı ayrı cihazların qurulmasıyla müqayisədə xərclərin qənaət edilməsinə təsir göstərir, yəni bu sistemin istifadəsi təkcə şirkətin infrastrukturunun deyil, maliyyə vəziyyətinin də yaxşılaşması üçün sərfəlidir.
  • Kaba exos proqramı icarəçılərə ayrı ayrı sahələri bir ümumi qəbul sahəsi kimi bir yerdə istifadə etməyə imkan yaradır. Beləliklə, bununla sərmayələrin tezliklə gəlir gətirəcəyinə nail olmaq olar.
  • Kaba exos proqramı, məlumatların işlənməsində suverenliyin icarəçilərdə qalmasını təmin edir. Sizin ixtiyarınızda sadəcə icarəçiyə aid məlumatlar qalır.

Tətbiq olunan sahələr

Kaba exos proqramının icarəçilərin girişini idarə edən modulu ən çox ofis binaları, universitetlər və icarəyə verdiyi müstəqil iş sahələri olan təşkilatlar üçün xüsusilə uyğundur. Hər bir iş sahəsi „icarəçi“ kimi hesab oluna bilər. Aşağıda tipik tətbiq etmə hallarının qısa təsviri verilir:

  • Bir ofis binası bütün icarəçilər bir giriş sahəsini istifadə edir.Binanın ətraf sahələrinin istifadəsi müvafiq müqavilə əsasında və ya podratçı şirkət tərəfindən həyata keçirilir.
  • Binada bütün icarəçilər üçün ümumi giriş sahəsi mövcuddur. Burada, Kaba exos-un ziyarətçi girişinin idarəetməsi modulu çox yararlı ola bilər.
  • Proqram təminatçıları (Application Service Provider, ASP) server və şəbəkənin idarə olunmasına əlavə olaraq təhlükəsizlik sistemi üçün tam olaraq məsuliyyəti üzərinə götürür.
  • Yuxarıda göstərilənlərə oxşar hallar.