Kaba exos - ziyarətçi girişinin peşəkarcasına idarə olunması

Ümumi Məlumat

Access Control - Visitor access
Access Control - Visitor access

(Şəkil) Qonaqlarınızın qəbulu, onları necə dəyərləndirdiyinizə işarə edir. Kaba exos çözümü qonaqlarınız üçün səmimi qəbul təşkil etməyinizə köməklik göstərir həmçinin bunun yanında ziyarət müddətində baş verəcək hadisələrə şəffaf baxış və nəzarət təmin edir. Bu çözüm, ziyarətçi girişinin günlük həyatımızda idarə olunması üzrə peşakar sistem kimi özünü sübut etmişdir.

Kaba exos sistemi xüsusi tələblərinizə uyğun ziyarətçilərinizi qeydiyyatdan keçirir, onların girişini təşkil edir və bu prosesə nəzarət edir. Kaba exos sistemi Web Client proqramı vasitəsilə qeydiyyat, istənilən giriş hüquqları ilə təchiz olunmuş ziyarətçi kartlarının verilməsi və geri alınması, avtomobillər üçün dayanacaq yerlərinin təyin olunması və ziyarətçilərə verilməsi kimi prosesləri çox sadə bir şəkildə tənzimləyir.

Xüsusiyyətlər

  • Ziyarət barədə əvvəlcədən məlumat təqdim olunubsa, gonaqların girişi daha səmərəli bir şəkildə təşkil oluna bilər. Ziyarətçilərə girişdə əvvəlcədən hazırlanmış və istənilən giriş hüquqları olan giriş kartları verilir.
  • Fərdi şəkildə heyata keçirilmiş qeydiyyat Sizə ziyarətçi statusu, şəxsiyyəti və ya avtomobili haqda məlumatlar kimi bilgilərinin proqramlaşdırılması üzrə qərar qəbul etməyə imkan yaradır.
  • Daha dəqiq həyata keçirilən giriş kontrolu, müəyyən vaxta, məkana və avtomobil dayanacaqlarına məhdudlaşdırılmış sərbəst, lakin təhlükəsiz ziyarətçi hərəkətinə imkan yaradacaq
  • Məlumatlar izlənilə bilər, çünki sistem, ziyarətçi hərəkətində baş verən bütün hadisələri qeyd edir. Məlumatlar hər zaman çağırıla bilər və daha sonra ortaya çıxan sualların cavablandırılmasında yararlı ola bilər.
  • Məlumatların qorunması və məxfiliyin təminatı Sizin əlinizdədir. Məlumatlar, ölkənizdəki qanunlara uyqun lazım olan müddət ərzində saxlanılır.

Tətbiq olunan sahələr

Kaba exos-un ziyarətçi girişinin idarə etmə funksiyası, yüksək sayıda ziyarətçiləri olan təşkilatlar üçün xüsusən faydalı olar. Axı Siz istəməzsiniz ki, ziyarəçiləriniz qeydiyyat şöbəsində gözləsin və ya binada nəzarətsiz olaraq hərəkət etsin.

Təhlükəsizlik tədbirləri, icazə verdiyiniz ziyarətçilər istisna olmaqla müşayiət olunmayan ziyarətçilərin təhlükəsizlik baxımından həssas ərazilərinizə girməməsini təmin edir.

Bu funksiyanı Siz həm də xərclərinizə qənaət etmək məqsədi ilə istifadə edə bilərsiniz, çünki Kaba exos, ziyarətçi girişinin səmərəli şəkildə idarə olunmasına şərait yaradır. Əks halda bu proses əlavə vaxt və vəsait tələb edə bilər.

Sənədlər